Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

10 Azərbaycan, 100 Türkiyə vətəndaşı Ermənistanda mənzil alıb - RƏSMİ

Tarix: 16-12-2022 16:43     Baxış: 3380 A- / A+


10 Azərbaycan, 100 Türkiyə vətəndaşı Ermənistanda mənzil alıb - RƏSMİ2022-ci ildə Ermənistanda mənzillərin bahalaşması xarici vətəndaşların axını nəticəsində yaranan tələbin artması ilə bağlı deyil.

Manevr.az xəbər verir ki, bunu cümə günü keçirilən mətbuat konfransında Əmlak Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib.

Onun sözlərinə görə, əcnəbilərin aldığı əmlakın həcmi bazar qiymətlərinə təsir etmək üçün çox azdır.
 
"2022-ci ilin ilk 10 ayında xarici vətəndaşlar tərəfindən Ermənistanda cəmi 1581 əmlak alınıb ki, bu da bütün alqı-satqı əməliyyatlarının 3,6%-ni təşkil edir. Bu, qiymətlərə təsir edə biləcək məbləğ deyil".

Buna baxmayaraq, A.Petrosyan bu il Ermənistanın daşınmaz əmlak bazarında qeydə alınan əməliyyatlarda əcnəbilərin iştirakının 25% artdığını inkar etmir, lakin bu da  bazara ciddi təsir göstərmək üçün kifayət deyil.

Rəsmi statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında əcnəbilər Ermənistanda 1581 daşınmaz əmlak alıb, onlardan 804-ü mənzil, 300-ü torpaq sahəsi, 269-u isə fərdi yaşayış evi olub.

Ermənistanda daşınmaz əmlak alan əcnəbilərin əksəriyyəti Rusiya vətəndaşlarıdır – 534 nəfər. İkinci yerdə ABŞ (207 nəfər) vətəndaşları, üçüncü yerdə isə İran (72 nəfər) vətəndaşlarıdır.

2022-ci ilin 10 ayı ərzində Avropa ölkələrinin vətəndaşları Ermənistanda ümumilikdə 223 daşınmaz əmlak alıblar.
Xaricilər əsasən İrəvan şəhərində mənzillər və evlərə sahibləniblər. Əcnəbiləri cəlb edən ikinci ərazi Kotayk bölgəsidir.

Kadastr komitəsinin rəis müavini Türkiyə və Azərbaycan vətəndaşlarının aldıqları daşınmaz əmlakla bağlı sualı cavablandırmaqdan imtina edərək, təkcə onların sayını açıqlayıb.

"Türkiyə vətəndaşlarına gəlincə, hazırda Ermənistanda sahib olduqları daşınmaz əmlak vahidlərinin ümumi sayı 100-ə çatmır. Onu da qeyd etmək lazımdır ki, Türkiyə vətəndaşlarının milliyyətcə türk olması şərt deyil. Azərbaycan vətəndaşlarına gəldikdə isə onların sayı 10 nəfərə çatır və biz milliyyətcə azərbaycanlılardan danışmırıq”, - deyə Petrosyan qeyd edib. O əlavə edib ki, bu göstəricilər respublikanın təhlükəsizliyi baxımından əhəmiyyətli deyil.
 
Bu il daşınmaz əmlak bazarında bahalaşmaya gəlincə, kadastr rəhbərinin müavini qeyd edib ki, qiymətlərin formalaşmasına əsasən iqtisadi reallıqlar təsir edib.
“İqtisadiyyatda baş verən proseslərə ilk reaksiya daşınmaz əmlak bazarı olduğu və son 9 ayda iqtisadi aktivliyin 14,1% artdığını qeyd etdiyimiz üçün bu, ilk növbədə istehlak tələbinin artmasına təsir göstərib”.

Petrosyanın sözlərinə görə, tikinti materiallarının bahalaşması, dolların və avronun dram qarşısında devalvasiyası, eləcə də əlverişli ipoteka krediti şərtləri də qiymət artımına səbəb olub.

Bundan əlavə, vətəndaşlar sərbəst nağd pullarını daha tez-tez daşınmaz əmlaka yatırmağa başlayıblar.
 
Yeri gəlmişkən, rəsmi statistikaya görə, 2022-ci ildə icarə əməliyyatlarının sayı nəinki artmayıb, hətta 2021-ci illə müqayisədə 9,2% azalıb.

"2022-ci ilin ilk 10 ayı ərzində İrəvanda xarici vətəndaşlar tərəfindən cəmi 124 mənzil icarəyə götürülüb. Amma son hadisələri və Rusiyadan Ermənistana köçən çoxsaylı vətəndaşların kirayə mənzillərdə yaşadığını nəzərə alsaq, 2022-ci ilin ilk 10 ayı ərzində xarici vətəndaşlar İrəvanda kirayə götürdüyü mənillərin sayı rəsmi rəqəmlərdəkindən on dəfə çoxdur”, - Petrosyan bildirib.

Kadastr Komitəsinin açıqladığı statistikaya əsasən, 2022-ci ilin oktyabrında İrəvanda 2021-ci ilin oktyabr ayı ilə müqayisədə mənzillərin qiymətləri 12,9%, regionlarda 19,1% artıb.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar