Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dövriyəyə 5 manatlıq pul nişanları buraxıldı - Şəkillər

Tarix: 07-12-2022 22:38     Baxış: 3268 A- / A+
Dövriyəyə 5 manatlıq pul nişanları buraxıldı - FOTOMərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.

Yubiley pul nişanı "Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 mart 2022-ci il tarixli sərəncamından irəli gələrək hazırlanmış və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyən edilib.

Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiya – 31,1 qram, diametri 38,61 mm təşkil edir. Pul nişanı Almaniyanın "Bavarian Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilib.

Bildiririk ki, yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində "Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi", "30", "1992-2022" yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunmuşdur.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir. big.az

Manevr.az 

Dövriyəyə 5 manatlıq pul nişanları buraxıldı - FOTODövriyəyə 5 manatlıq pul nişanları buraxıldı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar