Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Pensiya islahatında müsbət yeniliklər olacaq" - Deputat

Tarix: 22-10-2022 13:56     Baxış: 3275 A- / A+

"Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq”.
Manevr.az "qaynarinfo"ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar bayramov "Əmək Pensiyaları”, "Sosial Müvaniətlər” və "Sosial Xidmət” haqqında qanunlara edilən dəyişikliklərdən danışarkən deyin.
Deputat deyir ki, lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək:
"Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək. Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa o zaman Dövlət Sosial Müdafiə Fondu öz sorğu göndərib həmin informasiyanı əldə edəcək”.
Vüqar Bayramov hesab edir ki, bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir:"Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar