Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi türk dövlətlərinin enerji birliyini təmin edəcək

Tarix: 28-09-2022 18:27     Baxış: 3220 A- / A+
Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin ikinci iclasında iştirak edib.
 
Manevr.az xəbər verir ki, nazir çıxışında TDT-nı müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib. Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
 
Hazırda TDT üzvləri ilə ticarət dövriyyəmizin 4,6 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 13,8 milyard dollar, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard dollar investisiya qoyduğu bildirilib.
 
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib. Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, BTC və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb: 
 
“TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır.”
 
Bildirilib ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin, Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
 
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar