Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Təndirlər ləğv edilməli, isti çörək satışına qadağa qoyulmalıdır"

Tarix: 19-08-2022 16:39     Baxış: 3237 A- / A+
"Təndirlər ləğv edilməli, isti çörək satışına qadağa qoyulmalıdır"

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə ay öncə qiymət artımları, inflyasiya və böhran barədə verdiyi açıqlamaların ayaq səsləri artıq özünü göstərməyə başlayıb. Belə ki, super-nazir Mikayıl Cabbarov açıqlamalarının birində bildirib ki, bahalaşma təkcə ərzaq məhsulları ilə yekunlaşmayacaq: “Əfsuslar olsun ki, qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır. Belə güman edirəm ki, biz bu problemi görəcəyik. Bunun kökündə qiymət siyasətinin tənzimlənməsində olan səhvlər duracaq. Bu, sadəcə, ərzaqla məhdudlaşmayacaq”.

Bu açıqlama ötən ilin noyabr ayında verilmişdi və bu gün – 2022-ci ilin avqust ayında artıq ikinci dəfə un və un məhsullarında ciddi bahalaşma müşahidə olundu. Çörəyin qiyməti 5 qəpik artaraq, 55 qəpik olub. Unun 50 kq-ı isə 5 manat bahalaşıb. Beləliklə, ən ucuz çörəyin qiyməti 55 qəpik, ən bahalı çörək isə 70 qəpik olub.
Hazırda qiymətlər belədir:
- 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat,
- 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik,
- 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik,
- 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik.
Statistika Komitəsinin rəqəmlərinə görə, bugünkü artım nəzərə alınmadan da, son dövrlər çörək qiymətlərində artım gözə çarpırdı. Bu ayın əvvəlində çörək qiymətləri bir il öncəyə nəzərən 38% bahalaşıb. Halbuki, dünya bazarında buğdanın qiyməti 8% ucuzlaşıb. Elə isə Azərbaycanda un məhsullarındakı bu qiymət artımı nə ilə bağlıdır? Hansı əsaslarla qiymətlər artırılır? Ümumdünya buğda bazarında qiymətlərin 8% ucuzlaşdığı bir vaxtda Azərbaycanda bir il ərzində 38% bahalaşma nə ilə izah olunur?
Manevr.az xəbər verir kibizimyol.info-nun bu barədə suallarına “Azad İstehlakçılar Birliyi”nin sədri, ekspert Eyyub Hüseynov cavab verib. O, bildirib ki, ölkədə un və bənzər ərzaq məhsullarında bahalaşma gözlənilən idi.
"Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazardır və təəssüflər olsun ki, bazarımız dünya bazarında qiymətlər düşərkən, ona olduqca gec reaksiya verir. Ancaq qiymətlər bahalaşanda tez reaksiya verir. Unun və buğdanın qiymətlərində bahalaşmaya əsas səbəb pandemiya dövrü, kommunikasiyaların azalması, builki quraqlıq və ən əsası isə dünya buğda ixracatçıları olan dünya taxıl ehtiyatının 30%-nə sahib Rusiya və Ukraynada yaranmış hərbi münaqişələr, Qazaxıstanın limitlər qoyması və sair kimi amillərdir. Azərbaycanda isə yerli buğda istehsalı əhalinin tələbatına tam uyğun deyil, hətta insanlar özləri əkdikləri buğdadan özlərinə çörək bişirə bilmirlər, çünki onun yapışqanlğı azdır. Bu və başqa amillər Azərbaycanda çörəyin qiymətinin artmasını gözlənilən edirdi.
Elə isə ölkə istehlakçılarımızın bahalaşma ərəfəsindəki davranışları necə ola bilər? İstehlakçılar, istehalçılar və mağaza sahibləri yeni bir davranış nümayiş etdirməlidirlər. Birinci növbədə, ölkə istehlakçıları bilməlidirlər ki, onlar dünyanın ən çox çörək tükədən istehlakçılarından biridir. Çörəyə nə qədər müqəddəs yanaşsalar da, onu ən çox israf edən istehlakçılardır. Yeganə istehlakçılardanıq ki, isti çörəyə üstünlük veririk, hansı ki, isti çörək insan bədəni üçün olduqca zərərlidir. Həmin isti çörəyi alırlar, bir hissəsini tükədib, qalanını atırlar. Ona görə də təndirlər yığışdırılmalı, isti çörək satışına ümumiyyətlə, qadağa qoyulmalıdır. Çünki isti çörək insanlara zərərdir. Digər tərəfdən, istehlakçılar qənaətcil rejimdə çalışmalıdırlar ki, çörəyi tullantıya çevirməsinlər. Restoran sahibləri, şadlıq evləri çörəyi minimuma endirməlidirlər. Bəzi Avropa ölkələrindəki restoran və kafelərdə çörəyi ora gələn müştərilərin özləri alır, həmin məkanda çörək verilmir. Ola bilsin ki, bu metod bizdə də tətbiq olunsun. Bir sözlə, istehlakçıların yeni davranış modeli olmalıdır və bu bahalaşmadan qorxuya düşüb çoxlu çörək və başqa un məhsulları almamalıdırlar”,- deyə, Eyyub Hüseynov bildirib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar