Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Zavod çörəyi 1 manata satılacaq? - AÇIQLAMA

Tarix: 19-08-2022 10:14     Baxış: 3246 A- / A+
Zavod çörəyi 1 manata satılacaq? - AÇIQLAMASon günlər Azərbaycanda unun qiymətinin artması geniş müzakirələrə səbəb olub. Dünyada cərəyan edən qlobal böhran fonunda bahalaşma dalğasının ölkəmizdən yan keçməyəcəyi bildirilir. Ekspertlər isə hesab edirlər ki, Rusiya və Ukrayna arasında gedən savaş dünya bazarında taxıl və taxıl məhsullarının qiymətinin artması prosesini sürətləndirir. Belə məqamda çörəyin də bahalaşacağı, hətta zavod çörəyinin qiymətinin 1 manat olacağı barədə fikirlər səsləndirilir. 
İddialar nə qədər realdır? İndiki durumda çörəyin bahalaşması mümkündürmü?
 
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, çörəyin 1 manat olması inandırıcı görünmür. Lakin indiki durumda qiymət artımı da istisna deyil:
 
“Hazırda 65 qəpik olan zavod çörəyinin 1 manat olması onun qiymətinin təxminən 50 faizə yaxın artımı deməkdir. Mən çörəyin qiymətinin 50 faiz artacağına inanmıram. Bu düşüncəni heç yaxına da buraxmıram.  Belə fikirlər daha çox ajiotaj xarakteri daşıyır. Buğdanın qiymətində belə 50 faiz artım olmayıb. Dünya bazarındakı qiymətlər onu deməyə əsas verir ki, çörəyin qiymətinin 1 manata qalxması gözlənilmir”.

Ekspert hesab edir ki, çörəyin qiyməti maksimum 25 faiz arta bilər:
“Çörəyin qiyməti qalxa bilər. Ancaq bu artım 25 faiz ola bilər. Yəni qiymət 65 qəpikdən 80 qəpiyə qalxa bilər. Əslində, bu artımın özü də çoxdur. Hazırda 80 qəpiyə satılan bəzi çörəklərin qiyməti 25 faiz qalxıb bir manat ola bilər. Ancaq gündəlik istifadə olunan standart zavod çörəklərinin qiyməti bir manata qalxa bilməz. Əgər belə addım atılacaqsa, düzgün olmayacaq”.
 
E.Əmirov onu da qeyd edib ki, çörək və unun qiymət artımına insanların gəlirlərinin uyğunlaşdırılması vacibdir:
 
“Onsuz da inflyasiya insanların gəlirlərini yeməyə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə, bu nəzəriyyə özünü doğrultmur. Çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Hər halda bunun üçün maliyyə imkanlarımız va. "İqtisasiyyata əlavə pul buraxılsa, inflyasiya sürətlənəcək" düşüncəsi isə belə hallar üçün keçərli deyil, yanlışdır. Ona görə də heç olmasa, gəlirləri aşağı olan ailələrin, az təminatlı ailələrin və sosial cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar