Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qlobal taxıl böhranı: Unun qiymət artımı qaçılmaz olur

Tarix: 17-08-2022 09:53     Baxış: 4234 A- / A+

- COVİD-19 pandemiyası və qapanmaların qlobal logistikaya təsiri;
- İqlim dəyişikliyi, qlobal quraqlıqların yaşanması;
- Əsas ixracatçı ölkələrin satışa limit qoyması;
- Ukrayna müharibəsi və tədarük zəncirinin ciddi zədələnməsi.

Dünyada artıq qlobal səviyyəyə çatan taxıl böhranının bu və bundan qaynaqlanan digər səbəblərdən kəskin xarakter alması fikri ilə hamı razılaşır.

Pandemiya zamanı qapanmalar daşımalarda olduğu kimi, istehsalatda da ciddi problemlər yaratmışdı. Ardınca iqlim dəyişikliyi, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalında azalmalara səbəb oldu. Misal üçün, ötən il Rusiyada, ABŞ-da və Kanadada yaşanan quraqlıq buğda istehsalına təsir etdi. ABŞ-da ötən il yazlıq buğdanın 40 faiz, ümumi buğda yığımının isə 10 faiz azalması bunu təsdiq edir.

Pandemiyanın zədələdiyi beynəlxalq ticarət sistemin, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri taxıl istehsalçısı olan ölkələrin “özünümüdafiə” siyasətinə əl atmasına zəmin yaratdı. Əsas buğda ixracatçısı olan Rusiya ötən il buğda ixracına vergi tətbiq etmək qərarına gəldi, ardınca ixraca kvota gətirdi. Əsas idxalçı hesab olunan Çin isə idxalı 51 faizə qədər artırdı. Artıq bu, qlobal taxıl böhranının ayaq səsləri idi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilin fevral ayına olan məlumatında bildirilirdi ki, ərzaq məhsullarına tələbat 20 faiz artıb. Həmin vaxt hələ Ukraynada müharibə başlamamışdı.

2022-ci ilin fevralında başlanan Ukrayna müharibəsi taxıl böhranını kəskinləşdirdi. Çünki bu iki ölkə dünyanın ərzaq təminatında mühüm rol oynayır: Rusiya buğda istehsalına görə birinci, Ukrayna beşinci yerdədir; Ukrayna arpa istehsalında ikinci, Rusiya üçüncü yerdədir; Ukrayna qarğıdalı istehsalında üçüncü, Rusiya beşinci yerdədir;

İki ölkənin müharibə aparması həm istehsala ciddi zərbə vurdu, həm də daşıma zəncirini sıradan çıxardı, xüsusilə Qara dəniz bölgəsində daşımaların bloklanması qlobal risklərə səbəb oldu.

- Müharibə nəticəsində Ukraynanın dünya bazarına çıxardığı 45 milyon ton taxılın ixracı dayandı;
- Müharibə aparan Rusiya ixraca əvvəldən gətirdiyi qadağaları daha da kəskinləşdirdi;
- Rusiya Qara dənizdə strateji yükdaşıma yollarını bağladı;
- Ukrayna rus gəmilərinin Odessaya yaxınlaşmasının qarşısını almaq məqsədilə dəniz zolağını minaladı;
- Limanlarda qalan Ukraynaya məxsus 20 milyon ton taxılın çıxarılması mümkünsüz hala çevrildi;
- Rusiyaya qarşı tətbiq edilən sanksiyalar kənd təsərrüfatında vacib olan məhsulların, xüsusilə gübrə çatışmazlığı problemini yaratdı, nəticədə istehsal olunan taxılın miqyası kəskin azaldı;
- Ukrayna müharibəsindən sonra Qazaxıstan və Hindistan kimi istehsalçı ölkələr də taxılın ixracını məhdudlaşdırdı;


Ukrayna limanlarında qalan 20 milyon ton taxılın çıxarılmasına dair İstanbul Sazişi əldə olunsa da, bu, qlobal böhranın qarşısını ala bilmir. Xüsusilə müharibənin uzanmasının taxılın istehsalında yaranmış problemlərin aradan qalxmasına imkan verməməsi böhranın davam edəcəyi proqnozunu önə çıxarır.

Bu arada bizim üçün əsas məsələ dünya bazarındakı vəziyyətin Azərbaycana necə təsir edəcəyidir.

Azərbaycan taxılı əsasən üç ölkədən – Rusiya, Ukrayna və Qazaxıstandan alır.

- Ukraynada müharibənin davam etməsi bu ölkənin taxıl istehsalının faktiki sıradan çıxmasına səbəb olub;
- Müharibə edən Rusiya taxıl ixracını kifayət qədər məhdudlaşdırıb;
- Müharibənin başlanmasından sonra Qazaxıstan da ixrac qadağasını sərtləşdirib;


Bu vəziyyətdə Azərbaycanda unun qiymətinin artması qaçılmaz görünür. İndiyə qədər dövlət qiymət artımının qarşısını subsidiya hesabına alırdı və atılan addımlar effekt verirdi, daha doğrusu, dövlət əlindən gələni edirdi. Hərçənd, xüsusilə iki faktor unun qiymətinin artmasının qarşısını almağın mümkünsüzlüyünü deməyə əsas verir:

Birincisi, Ukrayna müharibəsinin uzanmasıdır: müharibə bu ölkədən, eləcə də Rusiya və Qazaxıstandan taxıl idxal etməyimizi çətinləşdirir;

İkincisi, müharibə beynəlxalq daşımaları, logistikanı sıradan çıxarıb və bu vəziyyətdə coğrafi baxımdan daha uzaq olan başqa ölkələrdən idxal etmək də problemə çevrilib;

Bütün bunlar Azərbaycanda da digər ölkələr kimi unun qiymətinin bahalaşması gözləntisi artır. Və bu dəfə qiymət artımına hökumətin, sadə dillə desək, Tariş Şurasının təsir edə bilməməsi prosesi qaçılmaza çevrilir. İndiyə qədər qiymət artımına görə, hökuməti, yəni Tarif Şurasını tənqid edirdiksə, indi bunu etmək belə mümkün olmayacaq. Çünki qiyməti birbaşa dünya bazarının özü diktə edir...

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar