Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Çörək bahalaşacaq – Səbəb açıqlandı

Tarix: 09-08-2022 20:33     Baxış: 4339 A- / A+


Çörək bahalaşacaq – Səbəb açıqlandı“Sentyabr-oktyabr aylarında taxılın və unun qiymətinin artacağı haqda xəbərlər səngimir. Bu da çörəyin qiymətinin artacağı deməkdir”.
Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Ekspert məsələyə iki istiqamətdə şərh verib: “Birincisi, Rusiya müharibəyə başlayan kimi BMT özünü göyə qaldırıb, yerə çırpırdı ki, vəssalam, hamı acından qırılacaq, dünya batacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır, tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha da güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya dedi “mən taxıl satmıram”. Onun ardınca Qazaxstan dedi ki, mən də az-az satacağam. Taxıl nəhənglərindən olan Hindistan dedi ki, üzrlü sayın, mən də taxılımı hələ ki satmıram. Çin isə "mən 1 milyard acı necə doyduracağam?" deyib, ən baha qiymətdən kim satdısa, taxıl almağa başladı. Beləcə, bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdi. Mən bunu məntiqi analizlə demirəm. Rəqəmlər bunu deyir. BMT-nin hay-küyü ilə 1 ton ərzaqlıq buğdanın qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı.  Amma sonra hər ay qiymətlər endi - iyunda 380 dollar, iyulda 334 və 1 avqustda 328 dollara düşdü. Bu, yuxarıda dediyimin statistik təsdiqidir. İndi BMT-nin FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.

E.Əmirov bildirib ki, daha iki hadisə böhranı yumşaldan amildir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və  ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması. Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.
Ekspert məsələnin ikinci istiqamətini isə Azərbaycanla əlaqələndirib: “Azərbaycanın taxıl ehtiyacı 3.6 mln, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaqlıq buğdanın 75%-i idxaldan asılıdır. Ötən il 572 min hektardan 1,887 mln ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln 9 min hektar əkilib, təxminən, 6:4 nisbətində buğda və arpa əkilib. İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, potensial 200 min hektara bərabərdir”.
O, hökümətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara lakonik toxunmağa çalışıb:
“Məlumdur ki, bir müddətdir bir sıra addımlar atılmaqdadır. Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq hər hektar 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq yeni subsidiya növü müəyyənləşdirilib. Bu məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ cənab Prezidentin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilmişdir. Amma bu ilkin mərhələdə pilot layihə olaraq  Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və  Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi verilməsi nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16%-lik artım deməkdir. Beliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyinə nail olmaq üçün yetərli deyil. Yəni gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır. Bəs, biz, doğrudan da, buğda idxalından asılılığımızı azalda bilərikmi? Əgər azalda biləriksə, bunun yolları nədir? Əsas sual məhz budur…/cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar