Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyinin vəzifələri ARTIRILDI

Tarix: 03-08-2022 15:28     Baxış: 4373 A- / A+
İqtisadiyyat Nazirliyinin vəzifələri ARTIRILDI
İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.
 
Manevr.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla ““www.azexport.az” internet portalı haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
 
Fərmana əsasən, “www.azexport.az” internet portalının fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar və “ASAN imza” sertifikatının verilməsi ilə bağlı informasiyalar portala inteqrasiya ediləcək.
 
Eyni zamanda, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərmana dəyişiklik edilib. Dəyişikliklə İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin edəcək. Həmçinin, Nazirliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirmək tapşırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar