Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu bank BAĞLANIR

Tarix: 03-06-2022 22:36     Baxış: 4357 A- / A+


Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.

Bu barədə Bankın mərkəzi ofisindən bildirilib.

Məlumata görə, Bank Almata və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşkabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.

Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.

Pakistan Milli Bankı İdarə Heyəti bundan əvvəl 2022-ci ilin yanvarın 17-də Paris filialının bağlanmasını təsdiqləmişdi.

Məsələ ilə bağlı Pakistan Milli Bankının Bakı Filialından “APA-Economics” bildirilib ki, Filialın bağlanması ilə bağlı hələlik hər hansı bir qərar verilməyib. Bununla belə, hazırda bank əməliyyatları dayandırılıb.

Qeyd edək ki, Bankın Bakı Filialı artıq bir neçə ildir ki, zərər açıqlayır. Filialın audit olunmuş hesabatına əsasən 2021-ci il üzrə xalis zərəri 400 min manat təşkil edib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar