Xəbər lenti
Ekspertdən bəd proqnoz: Çörək bahalaşacaq

Ekspertin dediyinə görə, rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb:
“Bu, az rəqəm deyil. Məmləkətdə Dövlət Taxıl Fondu adlı qurum var, əvvəl FHN-nin tərkibində idi, keçən ilin oktyabrında həmin qurum və onun funksiyaları Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib. Bu agentliyin saytı yoxdur, məlumat bazasını tapa bilmədim, heç mətbuta açıqlamaları da yoxdur.
Bu gün bizim nə qədər taxıl ehtiyatımız var? Bu ehtiyatlar hansı müddətə qədər ölkəmizə bəs edər? Dünyada taxılın qiymətləri artıb, bizim idxal etdiyimiz taxılın qiymətində də hər tona 150 manata yaxın artım var. Çörək və un məmulatları bahalaşacaq, başqa yol görmürəm, yaxşı, hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı, bu haqda düşünürlərmi?"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar