Xəbər lenti
Azərbaycanda benzin bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Manevr.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Üzeyir Həbibbəyli deyib ki, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir:
“Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər. "SOCAR PETROLEUM" QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar