Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Avro dollarla bərabərləşir: Manatı nə gözləyir? – Ekspert

Tarix: 13-05-2022 18:39     Baxış: 3230 A- / A+


Hazırda dünya birjalarında avronun dollar və digər valyutalar qarşısında dəyərsizləşməsi müşahidə olunur. Son 1 ayda avronun məzənnəsində 2-3 faizlik azalma qeydə alınıb.
Avronun ucuzlaşmasını şərtləndirən amillərdən biri kimi ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsini artırmaq qərarı göstərilir. Mayın 4-də FES faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1 faizə çatdırıb. Bu, son 22 ildə FES-in qəbul etdiyi ən kəskin artım qərarı idi. Bundan əvvəl FES mart ayında uçot dərəcəsini 0,25 faiz artırmışdı. Analitiklər hesab edir ki, Avropa Mərkəzi Bankının faiz dərəcəsini artırmaq imkanı olmadığı üçün avro dollar qarşısında zəifləyib.
İqtisadçı-alim Fuad İbrahimov teleqraf.com-a bildirib ki, avronun birjalarda ucuzlaşması manatın, eləcə də dolların avroya nisbətən möhkəmlənməsinə səbəb olub: “Tədqiqat apardığım müddətdə yadıma gəlmir ki, dollar avroya qarşı möhkəmlənsin, hətta paritet yaransın. Pandemiyadan sonra dünya bazarında dolların kifayət qədər ucuzlaşması prosesi getdi. FES-in faiz dərəcəsini sıfıra endirmək qərarı ABŞ milli valyutasının ucuzlaşmasına gətirib çıxardı. Son dövrlərdə də uçot dərəcəsinin artırılması, eyni zamanda da digər makroiqtisadi alətlər dolların möhkəmlənmə prosesini sürətləndirib. Bu, təbii haldır. Hazırda avronun, eləcə də dolların hakim olduğu zonalarda ölkələrin makroiqtisadi tarazlığı pozulub. Dünyanın dönərli valyutaları bir-birinə qarşı möhkəmlənmə və ucuzlaşma prosesindən keçir”.
Maraqlıdır, dollar avroya, funt-sterlinqə qarşı möhkəmləndiyi halda, manata qarşı öz səviyyəsində necə qalır?
İqtisadçı bunun səbəbini üzənə məzənnə rejiminə keçməməkdə görür: “Bu gün məzənnə daha çox qiymətdə idarə olunur. Yəni məzənnə konkret rəqəm əsasında idarə olunur. Amma avro manata qarşı ucuzlaşmaqdadır. Bu o deməkdir ki, avro istiqamətində biz daha çox üzən məzənnə rejiminə riayət edirik. Bu da o haqda fikir yaradır ki, üzən məzənnə diferensial qaydada istifadə olunur. Yəni manatın məzənnəsi dollara qarşı yerində qalıb, amma funt-sterlinqə və yaxud avroya qarşı möhkəmlənir. Hazırda Azərbaycan manatına qarşı ciddi təzyiq yoxdur, çünki idxal-ixrac əməliyyatlarında müsbət saldo var. 2022-ci ilin Azərbaycan dövlət büdcəsində neftin qiyməti 50 dollar səviyyəsində müəyyən olunub. Bu, sığortalanmış bir rəqəmdir. Məlumdur ki, son aylar dünya bazarında Azərbaycan nefti 100 dollardan yuxarı satılır. Bir sözlə, manata qarşı ciddi bir təhlükə, təzyiq yoxdur”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar