Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Avstriya Çin və Avropa arasında multimodal daşımaları təmin edəcək

Tarix: 08-05-2022 16:50     Baxış: 3226 A- / A+
Azərbaycanla Avstriya Çin və Avropa arasında multimodal daşımaları təmin edəcək.
Manevr.az xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Avstriyanın “Rail Cargo” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tərəflər Avropadan Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən keçməklə multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın Konstanta Limanından Gürcüstanın Poti limanına, daha sonra Orta Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını təmin etmək üçün birgə çalışacaqlar. Bu kontekstdə ADY Konteyner şirkəti həmçinin Gürcüstanın “GR Logistics” və “KTZ Express” şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında fəaliyyət göstərəcək fider gəmisi ilə konteynerlərlə yükdaşımalar həyata keçirməyə başlayır. “Şair Vaqif” gəmisi ayda 10 gün olmaqla ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar daşınacaq.
“Rail Cargo” şirkəti 18 ölkədə fəaliyyət göstərir, 12 beynəlxalq logistika mərkəzinə və 16 terminala malikdir. Şirkətin illik yükdaşıma həcmi təqribən 94 milyon ton təşkil edir. Metrans şirkəti həftədə 200 blok qatarın göndərilməsini təmin edir. İllik yükdaşıma həcmi isə 1,4 milyon TEU təşkil edir. Bahnoperator Çin-Avropa istiqamətindən həftədə 20 konteyner qatarı yola salır. Bu, kifayət qədər böyük rəqəmlərdir.
Mərkəzi və Cənubi Avropada fəaliyyət göstərən bu şirkətlərin fəaliyyəti habın Şimali Avropadan Cənubi və Mərkəzi Avropaya keçməsinə və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin həcminin saxlanılmasına xidmət edir.
Qeyd edək ki, Avstriyada işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin “Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) sədri Andreas Matte ilə görüşü keçirilib.
Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında dəmir yolu ilə multimodal yükdaşımaların rolunu xüsusi qeyd ediblər.
Görüşdə əsasən regionda yaranmış vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından daha səmərəli istifadə üzrə birgə səylərin artırılması, Çin-Avropa-Çin və Orta Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu yükdaşımalarının həcminin artırılması məsələləri müzakirə edilib.
Qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər və tərəfdaşlıq əlaqələrinin gücləndiriməsi “Azərbaycan Dəmir Yolları” QSC nümayəndələrinin Avropanın aparıcı yükdaşıma şirkətləri olan “Rail Cargo”, “Metrans” və “Bahnoperator” nümayəndələri ilə ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşlərdə də diqqət mərkəzində olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar