Sizin Reklam Burada
Xəbər lenti
13-11-2025
12-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə kişilər cehiz aparır, qadınlar toy edir

Tarix: 13-11-2025 21:10     Baxış: 322 A- / A+
Bu ölkədə kişilər cehiz aparır, qadınlar toy edirİndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minanqkabau icması 4,5 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük ana hakimiyyətli (matriarxal) cəmiyyəti kimi tanınır.

Evliliyə ilk addım "Maresek" adlanır. Bu mərhələdə bəyin ailəsindən bir nümayəndə gəlinlə görüşür və qarşılıqlı razılıq əldə olunur. Toyun təşkili zamanı gəlinin ailəsi əsas rolu oynayır, çünki Minangkabau mədəniyyəti ana xətti ilə idarə olunur (matrilineal).

Qızın atası qərar vermir; evliliklə bağlı bütün danışıqlar və qərarlar ananın ailəsi tərəfindən aparılır.Hər iki ailə evliliyin şərtlərini birgə müəyyənləşdirir.

Minangkabau toyları çox mərasimli və iki həftəyə qədər davam edən bir prosesdir.

Ənənəvi geyimlər, bəzədilmiş evlər və mədəni əşyalar istifadə olunur, bu elementlər hətta muzeylərdə nümayiş etdirilir. Toylar əsasən İslam qaydalarına uyğun keçirilir; əgər başqa dində icra edilərsə, həmin cütlük artıq "müsəlman" sayılmır.

Qadın öz anasının evində qalır, bəy isə arvadının evinə köçür və maddi imkanlarını orada göstərməlidir. Ər öz yatağını, mebellərini və şəxsi əşyalarını gətirir. Adətə görə, kişi evləndikdən sonra da bacısının evində qalmağa davam edir, arvadının evinə isə yalnız gecələr gəlir.

Kişilər çox vaxt özlərini sübut etmək üçün başqa şəhərlərə və ya ölkələrə gedirlər. Evdə qalmaq "zəiflik" əlaməti sayılır. Modern dövrdə bu adət bir qədər dəyişib, amma kişilər hələ də analərinin evinə rəmzi hörmət əlaməti olaraq baş çəkirlər.

Torpaq və evlər qadınlara miras qalır, lakin kişilər tərəfindən idarə olunur. Uşaqlar ananın soyadını daşıyır. Mülk yalnız bacılar arasında bölünür. milli.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar