Xəbər lenti
Həştərxan Biznes Mərkəzi Qubadlıda uşaq bağçası inşa edir
Bakıdakı Həştərxan Biznes Mərkəzi (Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının inşasını həyata keçirir.
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin özünün teleqram kanalında məlumat verib.
O qeyd edib ki, belə bir məktəbəqədər müəssisəsinin tikintisi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev dəstəkləyib.
"Bərpadan sonra təxminən 700 ailənin məskunlaşacağı Mahruzlu kəndi infrastruktura çox ciddi ehtiyac duyur", - qubernator bildirib.
Onun sözlərinə görə, hazırda tikinti işləri qrafik üzrə gedir və artıq bünövrənin qoyulması başa çatıb: "Ümid edirəm ki, obyekti gələn ilin yayına təhvil verə biləcəyik. Açılışdan sonra bağça 80 uşağı qəbul edə biləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar