Xəbər lenti
Pensiya fondunu kim seçəcək: İşçi, yoxsa işəgötürən?
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Məlumata görə, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək.
Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.
Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.
Maraqlıdır, özəl pensiya fondları yaradıldığı təqdirdə vətəndaş ödəniş üçün istədiyi quruma müraciət edə bilərmi?
Manevr.az-ın xəbərinə görə, iİqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, vətəndaş harada işləməsindən asılı olmayaraq, öz arzusu ilə seçim edir:
“Həmin fondla müqavilə bağlayır və fondun qaydalarına uyğun olaraq da sosial müdafiə sığortasını özəl fonda ödəyir. Yəni, burada vətəndaşın arzusu əsas məsələdir. Həmin ödənişləri işçi deyil, sahibkar ödəyir.
Ancaq birinci olaraq vətəndaş seçib özəl fonda müraciət edir, sonrakı mərhələdə vətəndaşın işlədiyi müəssisə ilə fond arasında müqavilə, yaxud hər hansı bir sənəd ola bilər. O proseduru dövlət, yaxud özəl müəssisə ilə özəl pensiya fondu öz aralarında həll edir.
Əsas məsələ vətəndaşın müraciətidir. Vətəndaş hansı özəl pensiya fondunu seçirsə, ona müraciət edir və bu barədə sahibkara məlumat verir”.
O bildirib ki, indiki mərhələdə Azərbaycanda yaradılan özəl pensiya fondları formal xarakter daşıyır:
“Real işlək mexanizm hələlik mövcud deyil. Hökumət onu işlətməkdə maraqlı olacaq ki, çox sayda vətəndaşlar müraciət etsin. Yəqin ki, orada stimullaşdırıcı şərtlər də olacaq. Şərtlərdən biri o olacaq ki, özəl pensiya fondlarına müraciət edən şəxslər 5, yaxud bir neşə il öncədən pensiyaya çıxa biləcək. Həmin pensiya fondları formal xarakter daşıdığına görə hökumət ora müraciətlərdə maraqlı olacaq.
Ona görə də mən güman eləmirəm ki, dövlət müəssisələrində işçilər o fondlara müraciətdən məhrum edilsinlər. Əslində özəl pensiya fondları indiki iqtisadi şəraitdə sərbəst formada işləyə bilməz.
Özəl pensiya fondu DSMF ilə rəqabət aparmalıdır. Ancaq layihədə göstərilir ki, özəl pensiya fondu DSMF-yə hesabat verəcək. Əgər hesabat verəcəksə, rəqabət apara biləcəkmi? Dünyanın inkişaf etmiş ölkələrində özəl pensiya fondları var, layihə tam açıqlananda detallar aydınlaşacaq, o zaman daha dəqiq danışmaq mümkündür”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar