Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.
Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Proses yanvarın 16-da davam edəcək.
Qeyd edək ki, Xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.
Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.
Həmçinin, "Medera Hospital"da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.
Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir./Report
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar