Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı

Tarix: 30-11-2024 13:32     Baxış: 420 A- / A+
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu ilin iyun ayında Samuxda məktəbdə keçirilən "Son zəng" tədbirində bayağı musiqi səsləndirilməsinə görə məktəb direktoru işdən azad olunub.
Manevr.az xəbər verir ki, o həmin musiqini dəstəkləyərək şagirdlərlə birgə qol qaldırıb oynuyub. Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olmuşdu.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə direktor Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.Qeyd edək ki, məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması nəticəsinə gəlib. Həmçinin, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə milli.az-a bildirilib ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.
"Məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək".
Qeyd edək ki, MÜTDA-nın "Son Zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar