Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Manevr.az xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” və “Azərişıq” ASC-lərə ötürülməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi, eləcə də müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Xəbər lenti
İlham Əliyevdən elektrik enerjisi və su təchizatı ilə bağlı FƏRMAN
Bundan başqa, fərmanla bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar