Xəbər lenti
Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığı - NARAZILIQ
Manevr.az Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın redaksiyanın elektron poçtuna göndərdiyi şikayət məktubunu təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına surəti:
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya
Möhtərəm Cənab Prezident,
Hörmətli Mehriban Xanim! Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım 04.01.1965 doğumlu Xavandi Samit Sədulla oğlu (FİN 8ASXSTZ) beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, yözü yemək yeyə bilmir və s. 22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan ş. Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. Həmin həkim həm də Həkim Məsləhət Komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalıdır. Lakin həkim ağır vəziyyətdə olan xəstəni və bizi süründürməçiliyə saldı. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanışdır. Lakin buna baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi. 14.11.2024-də Sizə şikayət etdikdən sonra komissiya üzvü bizi 22.11.2024-də qəbul etdi. Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar etdi.
Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə 1-ci qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o özü olub. Həkim kimi özü özünü inkar edir ?! 2-cisi bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Halbuki xəstə 22.09.2024-dən 14.10.2024-cü ildə xəstəxanada yatıb. Ailəmizin maddi durumu çox acınacaqlıdır. 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqla) bir mənzildə yaşayırıq. Mən belə ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Həyat yoldaşım demək olar ki, ölüm ayğaındadır. Lakin mənim həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ölüm ayağında olan həyat yoldaşımı hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur. Xəstənin müalicə həkimi özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, bütün komissiya üzvləri də bunun şahidi oldu. Hətta komissiya üzvlərindən biri həkimə irad da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik həkim Elşən Qafarovun bizi süründürməçiliyə salmaqda məqsədi nədir?! Belə ağır vəziyyətdə olan xəstəni və bu cür süründürməçiliyə salmaq insanlığa sığarmı? Xahiş edirəm Möhtərəm İlham Əliyev Cənablarının özbaşına məmurlarlarla bağlı xəbərdarlıqlarından nəticə cixarmaq istəməyən, bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizə minnətdaram", məktubda deyildir.
Hörmətlə; Elmira Bayım qızı Babayeva,
Ünvan: Şirvan şəhəri,
Füzuli k.,ev-25 Əlaqə tel: 070 250-00-27
23 noyabr 2024-cü il
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar