Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Putinin aşpaz”ından şok iddia: “Rusiya özünü nüvə silahı ilə vuracaq”

Tarix: 06-06-2023 17:28     Baxış: 3168 A- / A+

“Rusiya Belqorod vilayətində düşməni məhv etmək əməliyyatı çərçivəsində öz ərazisinə nüvə silahı ilə zərbə endirə bilər”.
Manevr.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojin (“Putinin aşpazı”) deyib.
Onun iddiasına görə, hazırda baş verənlər buna hazırlığa oxşayır.
“Qorxuram ki, öz ərazilərinə nüvə bombası atmaq kimi pis fikirləri yoxdur. Bəlkə də buna görə Belqorod vilayətində geri çəkilirik, onların irəliləməsinə imkan veririk, bu, başqasının nöqteyi-nəzərindən qorxuludur, amma öz nöqteyi-nəzərimizdən əl çəkəcəyik, necə gözəl ruhi xəstə olduğumuzu göstərəcəyik”, - Priqojin qeyd edib.
“Vaqner” liderinin sözlərinə görə, Belqorod vilayətinə taktiki nüvə silahı ilə zərbə endirilməsi “kəndlərdən birində düşmənin məhv edilməsi əməliyyatı” kimi maskalana bilər. Bununla belə, o, Müdafiə Nazirliyinin səhlənkarlığına eyham vuraraq, Rusiya nüvə silahlarının yararlılığına şübhə ilə yanaşıb.
Bundan başqa, Priqojin Müdafiə Nazirliyinə Belqorod vilayətini azad etmək üçün iki həftə vaxt verib, əks halda “Vaqner”in ora gələcəyini iddia edib. Nizami qoşunların da orada onlarla birlikdə döyüşmələrini tələb edəcəyini söyləyib.
“Rusiya Könüllüləri” Korpusu” və “Azad Rusiya” Legionu ötən günlərdə Rusiyanın Belqorod vilayətində döyüşə başladıqlarını açıqlayıblar.
Mayın 22-də “Azad Rusiya Legionu sərhədi keçərək Belqorod vilayətinin Qrayvoron rayonuna daxil olub.
İyunun əvvəlində əməliyyatın ikinci mərhələsinin başlandığını elan ediblər. Daha sonra könüllülər Şebekino şəhərinin ətrafına daxil olduqlarını və Nova Tavolyanka kəndini nəzarətə götürdüklərini bildiriblər.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar