Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Niyə Bakıda bağçaya qəbul ali məktəbə qəbuldan daha çətindir? - VİDEO

Tarix: 06-06-2023 11:55     Baxış: 4126 A- / A+


Niyə Bakıda bağçaya qəbul ali məktəbə qəbuldan daha çətindir? - VİDEO
Ötən ilin yanvar ayından İcra hakimiyyətlərinin tabeliyində olan bağçalar yenidən Elm və Təhsil Nazirliyinə qaytarıldı. 
Bu qərara ən çox övladlarını bağçaya qoymaq istəyənlər sevindi. Düşündülər ki, övladlarını problemsiz, rüşvətsiz bağçaya qoya biləcəklər. Amma çox keçmədi ki, sadəcə nəzarət edən qurumun adının dəyişdiyi bəlli oldu. Neqativ halların qarşısını almaq üçün qəbul prosesi elektronlaşdırıldı, amma yenə dəyişən heç nə olmadı. Əksinə süründürməçilik prosesi daha da geniş vüsət aldı. Elm və təhsil nazirimiz Emin Əmrullayev isə problemin birbaşa valideynlərdən qaynaqlandığını bildirdi.
Məsələ burasındadır ki, nazir o bağçalarda boş yerin olduğunu bilir, vətəndaş isə yox. Valideyn müraciət etdikdə həmin boş yerlər necəsə yoxa çıxır. Vətəndaşlar iddia edirlər ki, nazirin günahı valideylərdə görməsi birtərəfli bilginin nəticəsidir. Elm və təhsil naziri övladlarını bağçaya qoymaq istəyən şəxslərlə bircə dəfə söhbətləşsə, hər şeyin fərqli olduğunu görər.
Elə deputatlar da deyirlər ki, son zamanlar övladlarını bağçaya qoymaq istəyən valideylərdən aldıqları müraciətlər çoxalıb. 
Deputataların fikrincə, şəffaflığın təminatı üçün online sistemə keçid hər nə qədər alqışalayiq olsa da, bu sahədəki mövcud süründürməçilik birbaşa rüşvətə yol açır. Baxmayaraq ki, bağça müdirləri bunu təkzib edirlər.
Bəs yaxşı, çıxılmaz vəziyyətdə olan, çalışdığı üçün övladına baxma imkanı olmayanlar nə etsin? Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sualımıza cavab olaraq bildirildi ki... 
Bəs yerdə qalanların aqibəti necə olsun? Belə çıxır ki, baxçalarda yer yoxdursa, heç bir valideyin də işlməməlidir. 
Ekspertlər düşünür ki, bağçalara qəbul zamanı yaranan problemin qarşısını yalnız və yalnız dünya təcrübəsinə əsaslanaraq, özəl sektora imtiyazılar etməklə almaq olar.
Bizə sadəcə demək qalır ki, bağça yaşlı uşaqların məktəbəqədər təlim-tərbiyə müəssisələrinə getməsi çox vacibdir. Bu onların fiziki, mənəvi və psixoloji inkişafına müsbət təsir gösətirir. Amma görünən odur ki, Elm və Təhsil Naziriliyi belə düşünmür.apa

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar