Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran hökuməti erməni iş adamlarını Azərbaycanla sərhəddə yerləşən Araz Azad İqtisadi Zonasına gətirib

Tarix: 05-06-2023 19:00     Baxış: 3136 A- / A+
İran hökuməti erməni iş adamlarını Azərbaycanla sərhəddə yerləşən Araz Azad İqtisadi Zonasına gətirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu yaxınlarda Qafan şəhərində keçirilən investisiya imkanları üzrə konfrans və Araz Azad İqtisadi Zonasında istehsal edilən məhsulların təqdimatı sərgisində bir qrup erməni sahibkar iştirak edib.

Məlumata görə, sözügedən konfrans və sərgidən sonra bir qrup erməni iş adamı tikinti və nəqliyyat sənayesi sahəsində, İranın Qafandakı Baş Konsulluğunun dəstəyi ilə Araz Azad İqtisadi Zonasında olub.

Görüşdə erməni tərəf həmin zonada fəaliyyət göstərən bir sıra fabriklərə baş çəkib, onlarla investisiya sahəsində necə qarşılıqlı əlaqə qurmaq istəklərini bildirib. Araz Azad Ticarət Zonası Təşkilatının rəsmisi bu barədə erməni qonaqlara lazımi məlumatları verib.

Qeyd olunur ki, bu ay Araz Azad Ticarət Zonasında istehsal olunan ilk məhsullar iranlı investorlar tərəfindən Ermənistanın Qafan şəhərinə ixrac edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar