Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlama

Tarix: 05-06-2023 17:28     Baxış: 3133 A- / A+


Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlama


Türkiyədə ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğanın Ərdoğanın yeni komandasında nazir postunu tutacağı deyilirdi. Mətbuatda və sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər, mülahizələr səsləndirilirdi. Seçkilərin ikinci turunda dövlət başçısı Rəcəb Tayyib Ərdoğana dəstək verən Sinan Oğanın bu addımına görə mükafatlandırılacağı ehtimal olunurdu. Lakin Türkiyənin yeni hökumətinin iyunun 4-də açıqlanan siyahısında Azərbaycan əsilli siyasətçinin adı yer almadı. Buna baxmayaraq, Oğan Ərdoğanın andiçmə mərasiminə qatılaraq, 13-cü prezidenti təbrik etdi, onun yeni komandasına uğurlar arzuladı. 
 
Əlbəttə, Sinan Oğanın böyük jestinin Ərdoğan tərəfindən qarşılıqsız qalmayacağı şübhə doğurmur. Bəs Türkiyə lideri kritik məqamda onun yanında olan azərbaycanlı siyasətçini nə ilə mükafatlandıracaq?
 
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Pariyasından (AK) seçilmiş deputatı Şamil Ayrım bildirib ki, Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qiymətləndirilməsi istisna edilmir.
 
“Yeni dönəmdə Sinan Oğan hansısa vəzifədə ola bilər. Əlbəttə, bununla bağlı qərar cənab Prezidentin səlahiyyətindədir. Ancaq indiki vəziyyətdə belə bir qərar yoxdur. Sinan bəyi irəliləyən dönəmdə Prezidentimiz ən yaxşı şəkildə dəyərləndirəcək”, - deputat deyib.

AKP funksioneri Yunus Kılıç isə vurğulayıb ki, hazırda Sinan Oğana hansısa vəzifənin verilməsi məsələsi gündəmdə deyil:
 
“Sinan Oğana vəzifə verilməsi gündəmdə yoxdur. Sinan bəy son anda cənab Prezidentimizi dəstəkləmək qərarını alıb. Bundan hamımız məmnun olmuşuq. Ancaq bu qərar bəzi mətbuat orqanlarının və tərəflərin iddia etdiyi kimi sövdələşmə əsasında alınmayıb. Prezidentimiz də açıq şəkildə qeyd edib ki, biz heç kimə söz verməmişik. Sinan Oğanın da belə bir tələbi olmayıb. Yenə deyirəm ki, vəzifə məsələsi zamana görə müəyyənləşə bilər. Ancaq hazırda belə bir məsələ gündəmdə deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar