Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspert Şuşada aşkarlanan kütləvi məzarlıqdan danışıb: “Başqa ərazilərdə də bu tip məzarlıqlar var”

Tarix: 03-06-2023 22:04     Baxış: 3142 A- / A+
Ekspert Şuşada aşkarlanan kütləvi məzarlıqdan danışıb: “Başqa ərazilərdə də bu tip məzarlıqlar var”
“Görünür, Şuşada aşkarlanan bu məzarlıq tək deyil, bəzi yerlər var ki, ora da araşdırmalar aparılacaq. Başqa ərazilərdə də bu tip məzarlıqlar var”.

Bunu hərbi-siyasi ekspert Telman Qasımov jurnalistərə açıqlamasında deyib.

O bildirib ki, bu insanlığa, bütövlükdə isə dünyaya qarşı olan bir cinayətdir. Ekspert xatırladıb ki, Birinci Qarabağ müharibəsində xeyli sayda azərbaycanlı itkin düşüb və onların taleyi ilə bağlı hələ də məlumat yoxdur.

“Son məlumatlara görə, Şuşa türməsində və digər zirzəmilərdə ümumilikdə 360 nəfərə qədər azərbaycanlı əsir saxlanılıb. Onlardan 100-dən çoxu azad edilib. Azad olunanların verdikləri ifadələr əsasında məlum olub ki, sözügedən zirzəmilərdə və türmədə əsirlərimizə dəhşətli işgəncələr veriblər. Təbii ki, verilən işgəncələr sonda ölümlə nəticələnib”, - T.Qasımov vurğulayıb.

Ekspert söyləyib ki, Şuşada aşkarlanan yeni kütləvi məzarlıqda əsir götürülən 4 azərbaycanlı qeyri-insani şəkildə, işgəncə nəticəsində öldürülərək basdırılıb: “Biz müharibədə əsir düşmüş şahidləri də dinlədik. Ermənilərin bu əməlləri bütün dünyada pislənilməlidir. Görünür, təkcə burada deyil, həmçinin bir çox yerlərdə əsirlərimiz qətlə yetirilib və işgəncələr görüblər. Bununla bağlı hələ araşdırmalar aparılır”. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar