Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yaşıl enerji”dən istifadə azad edilmiş bölgələrimizin inkişafına təsir göstərəcək” – Aqil Məmmədov

Tarix: 03-06-2023 21:15     Baxış: 3176 A- / A+
“Uzun müddətdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, müzakirə olduğu məkan kimi tanınır. Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur., Bu da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin göstəricisidir. Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri də bu mənada olduqca əhəmiyyətlidir”.
Manevr.az xəbər verir ki, bu fikirləri sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı ilə bağlı Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.  
Millət vəkilinin sözlərinə görə Prezidentin bu çıxışı yalnız sərgilərin fəlaliyyətə başlamasının bildirişi deyildi, həm də sərgilərin dövlətlərarası münasibətlərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini də tənzimləyəcək: “1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Ümummilli liderin siyasətinin məntiqi nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə alsaq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu müqavilənin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda vətəndaş qarşıdurması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri, infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində olduqca mühüm əhəmiyyətə malik oldu”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında vurğuladığı “Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”  fikirləri haqda danışan A.Məmmədovun sözlərinə görə Azərbaycan Avropanın ciddi enerji təminatçısı kimi mövqeyini gücləndirməkdədir: “Cənab Prezident yeni hədəfləri açıqladı. Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyarda kubmetrə çatırılacaq. Təbii ki, bu da ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını genişləndirəcək. Həmçinin Azərbaycanda “yaşıl enerji” potensialı da xeyli yüksəkdir, ölkəmizdə küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına geniş imkanlar açır. Hazırda bu istiqamətdə də fəal iş aparılır. Bu da ölkəmizin enerji potensialına əlavə güc qatacaq. “Yaşıl enerji”nin əldə edilməsi üçün işğaldan azad edilmiş ərazilərimizdə də təbii şərait var. Bu imkanlardan istifadə azad edilmiş bölgələrimizin inkişafına əlavə təsirlər göstərəcək””.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar