Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan and içdi

Tarix: 03-06-2023 16:19     Baxış: 4684 A- / A+


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
Tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.
Qeyd edilib ki, mərasimə 21 dövlət başçısı qatılıb:
Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Przidenti Rumen Radev, Qabon Prezidenti Ali Bonqo Ondimba, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Mİlatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassou Nqesso, Kosovo Prezidenti Vyosa Osmani, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Faure Essozimna Qnassinqbe, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamadi Dumbuya.

Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan baş naziri Nikol Paşinyan və Liviya Baş naziri  Əbdülhəmid Dibeybenin də aralarında olduğu 13 ölkənin baş nazirləri andiçmə mərasimində qonaq qismində iştirak ediblər.
Mərasimə eyni zamanda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, NATO Baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Çini Milli Xalq Konqresi daimi Komitəsinin sədr müavini Dinq Zonqli təmsil edib, daha 12 ölkə parlament sədri səviyyəsində mərasimində təmsil olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar