Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilovdan EduPress-ə təbrik: “Təhsilimizdə buna böyük ehtiyac var”

Tarix: 02-06-2023 14:05     Baxış: 3175 A- / A+




Peşəkarların peşəkar yanaşmaları maarifləndirmə işində öz sözünü deməlidir.

Maariflənmə o dərəcədə önəmlidir ki, onu öhtəsindən ancaq maarifçilik səriştəsinə və təcrübəsinə malik olanlar gələ bilər. Maarifləndirici təhsil portalı olan “EduPress” hələ iki ay bundan öncə ilk qədəmlərini atarkən ki,  fəaliyyətə başlaması münasibətilə kollektivi və geniş təhsil ictimaiyyətini səmimi təbrik emiş, saytın tezliklə təhsil və media sahəsinə yeni nəfəs gətirəcəyinə, təhsilimizlə bağlı yeni çağırışlara dəstək olacağına, bir çox yaradıcılıq layihələrinə imza atacağına bəri başdan əminliyimi bildirmiş, həmin saytın qurucusu, gənc və peşəkar olduğu qədər də “Moderator az.” və “AzEdu.az”- da böyük təcrübə yolu keçmiş Elmin Nuriyə isə növbəti postda yeni-yeni uğurlar arzulamışdım.  
Budur, artıq dünəndən etibarən “EduPress” tam gücü ilə fəaliyyətini davam etdirməyə başlayıb. Bir daha əminəm ki, yeni sayt rəhbərinin təhsil mütəxəssis olmaqla yanaşı, həm də  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı olması “EduPress”- də dərc olunacaq materialların şəxsi mülahizə və ambisiyalara deyil,  elmi araşdırmalara və təcrübədən çıxmış təhlilərə əsaslanmasına təminat verəcək.   Ümidvar olduğumu bildirirəm ki, hələ ilk fəaliyyətə başlayarkən sayta verdiyim xeyir-dua bu dəfə də düşərli olacaq.  “EduPress” tezliklə Respublikamızın sayılıb-seçilən media vasitələri sırasında öz layiqli yerini tutacaq və təhsilimizin inkişafına, təhsil ictimaiyyətinin daha da maariflənməsinə öz töhfəsini verəcək.
Təhsilimizdə maarifləndirmə işinə böyük ehtiyac var. Peşəkarların peşəkar yanaşmaları maarifləndirmə işində öz sözünü deməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar