Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yazıçı ilə onlayn müsahibə keçirilib

Tarix: 02-06-2023 11:06     Baxış: 3278 A- / A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin Yeni Çağ Medianın informasiya dəstəyi ilə kitabxananın oxucuları üçün onlayn müsahibəsi təşkil edildi.
Yazıçının əsərləri Mərkəzi Kitabxananın oxucuları tərəfindən maraqla  və sevilə-sevilə oxunur. Onlayn görüşdə yazıçı oxucuları maraqlandıran suallara cavab verdi. O, yaradıcılığı haqqında danışarkən bildirdi ki, yazıçı əsərlərində həyatının bir parçasını təsvir edir, öz düşüncələrini qələmə alır. O, müasir gənclərin üzləşdiyi çətinliklərdən, mühitdən, ədəbiyyata, mütaliəyə maraqdan söhbət açdı. Yazıçı oxucuların suallarını cavablandırarkən həyat sınaqlarından da bəhs etdi. O, yaradıcılığının əsas mövzusunun  Qarabağ mövzusu olduğunu diqqətə çatdırdı. Yazıçı Qarabağ hadisələri başlayanda təzyiqlərə məruz qalmağına baxmayaraq Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısı olmuşdur. N.Məmmədli “Arqumentı i faktı”, “Komsomolskaya pravda” qəzetlərində Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir.
Nüşabə Məmmədlinin 1970-ci ildən mütəmadi olaraq “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində və müxtəlif adda yerli mətbuatda lirik şerləri, hekayələri və povestləri çap edilib. Nüşabə Məmmədli ilk böyük həcmli “80 budağın hərəsindən bir yarpaq” sənədli povesti xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr edib. Nüşabə xanımın ikinci kitabı Qarabağda  ermənilər tərəfindən əsir götürülmüş  qadınlarından bəhs edən romanıdır ki, təkcə bu əsərə görə Azərbaycanın və xarici ölkələrin müxtəlif adda mükafatlarına layiq görülmüşdür. Nüşabə Məmmədlinin “Bu bir oyundur” hekayələr kitabı, “Göylərdən keçən ömür” sənədli povesti və “Vicdan dustağı” romanı oxucuların böyük marağına səbəb olmuşdur. Qəzet və jurnallarda dərc edilmiş onlarla bədii əsərlərin və 150-yə yaxın publisistik məqalələrin müəllifidir. 
Nüşabə Məmmədlinin əsərləri rus, ukrayna, özbək, alman və ingilis dillərinə tərcümə edilmişdir.
Ətraflı:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar