Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Müstəqillik Günü ilə bağlı İsraildə ilk rəsmi tədbir - Şəkillər

Tarix: 25-05-2023 21:54     Baxış: 3168 A- / A+
İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mərasimdə iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, F.Rzayev mayın 21-25-də İsrailə işgüzar səfər edib, İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb. O, “Herzliya” Konfransında “Azərbaycan-İsrail strateji əlaqələri” mövzusunda çıxış edərək Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Nazir müavini həmçinin İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. F.Rzayev görüşlərdə tərəf müqabillərini postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.

Nazir müavini o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.

O həmçinin Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən bu ölkədə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və
çıxış edib. publika.az 

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar