Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Olimpiadalara qatılmaq şagirdlərə nə qazandırır? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Tarix: 24-05-2023 17:20     Baxış: 4226 A- / A+


“Olimpiadalara qatılmaq şagirdlərə nə qazandırır sualına bircə kəlmə ilə cavab versək - Çox şey. Ən başlıcası isə özünə inam və güvən, öz yaşıdları, müəllimləri və valideynləri qarşısında qürur və fəxarət hissi”.
Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə olimpiadalar istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi ayrı-ayrı fənlərə maraqlarının artmasında o cümlədən də təlimdə sağlam rəqabətin yaradılmasında müstəsna rol oynayır: “Olimpiadaların keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə nüfuz etmək və ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməkdir”.

Nadir İsrafilov sözlərinə belə davam edib: “O da xüsusilə qeyd edilməlidir ki, son illər Respublikamızda olimpiada hərəkatı geniş vüsət alıb, istedadlı uşaqların aşkar olunması və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Olimpiada qaliblərinin mükafatlandırılması tanınmış ziyalılarımızın iştirakı ilə ən yüksək səviyyədə təşkil olunur və keçirilir.

Bu gün, istedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin ayrılmaz tərkib hissəsini təşkil etməklə, təhsilalanlarımıza yeni-yeni uğurlara imza atmaq üçün əlavə stimul yaradır.

Təcrübə göstərir ki, məhz istedadlı şagirdləri vaxtında aşkar etməklə, onların fərdi bilik, bacarıq və vərdişlərini qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün peşəkar mütəxəssislər yetişdirmək olar, ixtisasından asılı olmayaraq səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş yetişməsinə nail olmaq mümkündür. Respublika üzrə Fənn Olimpiadalarının qaliblərinə ali məktəblərə qəbul zamanı güzəştlər edilməsi, beynəlxalq olimpiada qalibləri üçün müxtəlif dünya universitetlərinin qapılarının açıq olması bu sahəyə olan marağı daha da artırır”.

Ayşən Vəli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar