Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tehranda küçədə hicabsız rəqs edən gənc qızlar həbs olundu

Tarix: 23-03-2023 15:44     Baxış: 3199 A- / A+

Tehranda küçədə hicabsız rəqs edən gənc qızlar həbs olunduİranın paytaxtı Tehranın Ekbatan bölgəsində 5 gənc qız Selena Qomez və nigeriyalı müğənni Remanın "Calm Down" mahnısı ilə rəqs etdiyi video paylaşıb.
 
Görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Gənc qızlar hicab taxmadıqları və ictimai yerlərdə rəqs etdikləri səbəbi ilə saxlanılaraq həbs ediliblər.
 
Manevr.az bildirir ki, küçənin ortasında rəqs etdiklərini əks etdirən TikTok videosunu paylaşan gənc qızlar günlər sonra eyni məkanda baş örtüyü taxaraq üzr istəməyə məcbur olublar. Qızlara dəstək mesajları Selena Qomez və nigeriyalı müğənni Remadan gəlib.
 
İtaliyanın “la Repubblica” qəzetinin yazdığına görə, video yayıldıqdan sonra İran hakimiyyəti gəncləri 48 saat gözaltında saxlayıb. Qəzet onu da yazıb ki, ikinci tövbə videosunu çəkmək üçün ilk videolarını çəkdikləri yerə, bu dəfə başlarını örtüb qayıtmağa məcbur olublar.
 
Selena Qomez İnstaqram hekayəsində ürəyinin bu gənc qadınlarla olduğunu yazıb. Qızların həbs xəbərindən sonra sosial media hesabında həmrəylik mesajı yerləşdirən reper Rema “daha yaxşı bir dünya üçün mübarizə aparan bütün gözəl qadınlara mahnı oxuyuram və sizinlə xəyal qururam" mesajını paylaşıb.sfera.az
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar