Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İran düşmən axtarışındadır" - Azərbaycana qarşı təxribatların İLGİNC SƏBƏBLƏRİ

Tarix: 22-03-2023 17:30     Baxış: 3177 A- / A+

İranın Azərbaycana qarşı təxribatları səngimək bilmir. Rəsmi Tehran atdığı addımlarla artıq bütün çərçivələri aşır və ölkələrarası gərginliyi pik həddə çatdırır. Bu dəfə SEPAH-a bağlı telegram kanalları Azərbaycanı hədələyən video yaymaqla təxribat törədiblər. Videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səsi ilə “Arazı ayırdılar” misraları səslənib, ardınca “Shahed-136” dronlarının Arazın üzərindən uçmaqları əks olunub. Bəs görəsən bu cür təxribatlarla fars-molla rejimi nə etmək niyyətindədir? Tehran Azərbaycanı provakasiyaya cəlb etmək istəyir, yoxsa başqa məqsədi var? 
Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki,İran hər zaman Azərbaycana qarşı təxribatlara yol verib: “Tehran müxtəlif variantlardan istifadə edərək rəsmi Bakı ilə gərginlik yaratmağa çalışır. İranın bu addımı atması bir neçə səbəblə bağlıdır. Birincisi, İranın daxilində etirazların səngiməsi ilə bağlı fikirlər səsləndirilsə də, orada nümayişlər hələ davam edir. Etirazlarda isə Azərbaycan türklərinin çoxluq təşkil etməsi fars-molla rejimində narahatlıq yaradır. Ona görə də, İran daxildə baş verən gərginliyi daha çox ölkə xaricinə daşımaqla mövcud problemləri ört-basdır etməyə səy göstərir. Nəzərə almaq lazımdır ki, Çinin təkid və tələbi ilə İranın Səudiyyə ilə münasibətlərini normallaşdırmasından sonra Ər-Riyad əleyhinə hansısa fikirlərin səsləndirildiyini görmürük. Bu, o deməkdir ki, İran artıq ölkə daxilindəki vəziyyəti yayındırmaq üçün düşmən axtarışındadır. Beləcə fars-molla rejiminin fikrində Azərbaycan canlanır. Rəsmi Bakının İsraillə münasibətləri Tehranı özündən çıxarır və bu cür absurd səbəblərdən dolayı Azərbaycanla gərginlik yaratmağa çalışır”.


Politoloqun sözlərinə görə, Azərbaycan heç zaman öz ərazisindən qonşularına qarşı istifadə olunmasına icazə verməyib: “Bunu İran da yaxşı bilir. Amma rəsmi Tehran yenə də Azərbaycanı təxribata çəkməyi qarşısına əsas məqsəd kimi qoyub. Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama, İran elitasında Azərbaycanla bağlı səsləndirilən fikirlər Tehranın ölkəmizi təxribata çəkməyə çalışdığını sübuta yetirir. Səfirliyimizə edilən terror hücumu, bu hadisəni törədənlərin həbs olunmaması isə fars-molla rejiminin bir çox qaranlıq planlarından xəbər verir. Düşünürəm ki, İran daxildəki problemlərdən qaçmaq üçün Azərbaycandan istifadə etməyə çalışır. Amma rəsmi Bakı buna imkan verməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar