Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Niyaməddin Musayevdən mahnısını oxuyan "Dərviş band"ə REAKSİYA - VİDEO

Tarix: 22-03-2023 13:52     Baxış: 3234 A- / A+


Xəbər verdiyimiz kimi, “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən “Dərviş band” qrupunun sözləri Məmməd Araza aid, Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını sosial şəbəkədə "viral" olub.

Manevr.az
xəbər verir ki, məsələ ilə bağlı sözügedən mahnının əvəzolunmaz ifaçısı N.Musayevlə Bizim.Media-nın əməkdaşı əlaqə saxlayıb.

Sənətkar “Dərviş band” qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:

"Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən “Dünya sənin, dünya mənim” mahnısını studioda birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm. Təəssüflər olsun ki, müsabiqədə onların çıxışlarını dinləməmişəm. Amma siz mənə məlumat verdikdən sonra mütləq şəkildə onların sözügedən çıxışlarına baxacağam".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar