Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

MN: Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir - VİDEO

Tarix: 21-03-2023 20:25     Baxış: 4222 A- / A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.
Manevr.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
"Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir", - Nazirliyin açıqlamasında deyilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar