Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda evlər niyə bahalaşır - SƏBƏB

Tarix: 18-03-2023 15:53     Baxış: 3153 A- / A+

Son günlər Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir. Bəzi reiltorlar bahalaşmanı baharın gəlişi, digərləri isə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqələndirir. 
Bəs qiymət artımının gerçək səbəbi nədir?
Manevr.az-ın məlumatına görə, bu barədə modern.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildrib ki, Novruz bayramının mənzil bazarındakı qiymət artımı ilə əlaqəsi yoxdur.
“Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında 2021-ci ilin sonundan başlayaraq, qiymət artımı müşahidə olunur. Buna bir sıra təsir göstərən faktorlar var. Ölkə xaricində baş verən proseslər, inflyasiya, inflyasiyanın ölkəyə idxal edilməsi, miqrasiya, ölkə daxilində qiymət artımları, tikinti materiallarının, xüsusilə də idxal edilən məhsulların baha olması əsas amillərdir. Ötən ilin 8 ayında tikinti materiallarının qiymətində 34 faiz artım olmuşdu. Bunun nəticəsində əvvəlcə ilkin bazarda, daha sonra təkrar bazarda qiymət artımı oldu. Bundan əlavə, tikintiyə tətbiq edilən müəyyən normativ məhdudiyyətlər də qiymətlərə öz təsirini göstərir”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, hazırda mənzil bazarında təklif və tələb yüksəkdir:
“Əvvəlki illərlə müqayisədə əlçatanlıq da çoxalıb. Hesab edirəm ki, gələn ildən mənzil bazarında qiymət artımında səngimələr qaçılmazdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar