Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanın Kremlə qarşı “Aİ gedişi”: Paşinyan Rusiyanın səbrini sınayır?

Tarix: 18-03-2023 14:55     Baxış: 3178 A- / A+


İrəvanın Kremlə qarşı “Aİ gedişi”: Paşinyan Rusiyanın səbrini sınayır?

Martın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzonyan Moskvaya səfər edəcək.
Ermənistan XİN rəhbərinin müavini Paruyr Ovannisyan qeyd edib ki, Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Serqey Lavrov və Ararat Mirzonyan arasında keçiriləcək görüşdə bir sıra önəmli məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, ikitərəfli görüşdə Ermənistanın Azərbaycanla sərhəd ərazilərində yerləşən Avropa İttifaqının müşahidə missiyası əsas müzakirə predmenti olacaq. 
Ermənistan rəsmisi bildirib ki, Moskva Ermənistanda Aİ-nın missiyasına həssas yanaşma sərgiləyir. 
Xatırladaq ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi KTMT-nin üzvü olan Ermənistanın Azərbaycanla delimitasiya olunmayan ərazilərində Aİ-nın müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı dəfərlərlə narahatlığını bildirib və Paşinyan hakimiyyətinin bu addımını Rusiyanın regionda geosiyasi maraqlarına zidd hesab edir. 
Hətta Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Azərbaycan parlamentinin sədri Sahibə Qafarov ilə son görüşündə Moskvanın bu narahatlığını açıq və sərt şəkildə dilə gətirmişdi. 
Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşündə müzakirə ediləcək məsələlər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti üçün çox maraqlı olacaq. 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Natiq Miri cebhe.info-ya açıqlamasında qeyd edib ki, Moskvada Ararat Mirzonyan və Serqey Lavrov arasında keçiriləcək görüşdə əsasən Rusiyanı narahat edən bəzi məsələlər müzakirə ediləcək:

"İkitərəfli görüşdə ən əsas məsələlərdən biri - Ermənistanda Aİ-nın müşahidə missiyasının uzunmüddətli yerləşdirilməsinin müzakirə olunacağı istisna edilmir. 
Eyni zamanda Ermənistan və Rusiya rəhbərləri arasında keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibətləri, KTMT-Ermənistan əlaqələri, Qarabağda son vəziyyət, eləcə də Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi ilə bağlı məsələlərin də müzakirə olunacağı gözlənilir.
Hesab edirəm ki, KTMT məsələsinə daha çox diqqət ayrılacaq. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edir ki, KTMT Ermənistanı tərk edir. Halbuki İrəvanın atdığı son addımlar onu göstərir ki, Ermənistanın özü Rusiyanın nüvəsi olan təşkilatdan uzaqlaşmağa çalışır.
Ermənistanın KTMT-nin Baş katibliyinin birinci müavini postundan imtina etməsi, həmçinin təşkilatın bir sıra hərbi təlimlərində iştirak etməkdən boyun qaçırması bunu aydın sübut edir. Bununla bərabər, müzakirə olunacaq məsələlələr içərisində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni də nəzərdən keçirilə bilər.
Ən nəhayət Ermənistan XİN rəhbəri Qarabağda son vəziyyəti də müzakirənin gündəminə gətirəcəyi ehtimal edilir. Ermənistan rəhbərliyi iddia edir ki, guya rus sülhməramlıları Qarabağada ermənilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəlik götürüb və Rusiya öz məsuliyyətindən yayınır. Ancaq üçtərəfli 10 noyabr Bəyanatında belə bir müddəa yoxdur".
Bəzi ekspertlər iddia edirlər ki, Rusiya rəhbərliyi Serqey Lavrovun dilindən Ermənistana Aİ-nın müşahidə missiyası qərarından geri çəkilməsini tələb edəcək və xəbərdarlıq edəcək ki, bölgəyə ancaq KTMT-nin missiyası gətirilməlidir.
Politoloq isə bu fikirlərlə razılaşmır:
"Əlbəttə, Rusiya bu məsələdə Ermənistana təzyiq edə bilər. Düşünmürəm ki, Ermənsitan rəhbərliyi 180 dərəcə dəyişib qərarından geri çəkilsin. Çünki İrəvanın məhz müraciəti əsasında Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərib. 
Bu sövdələşmə ilə bağlı Paşinyan Fransanın Prezidenti Emmanuel Makron ilə ciddi müzakirə aparıb. Qeyd edim ki, bu missiyanın əsas hərəkətverici qüvvəsi Fransadır. Eyni zamanda Aİ-nın müşahidə missiyasının qanuniləşdirilməsi üçün Ermənistan və Avropa İttifaqı arasında saziş imzalanmalıdır. Bu sazişdə əsasən missiyanın fəaliyyət istiqamətləri qeyd olunacaq. İrəvanın bunun əksinə getməyəcək"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar