Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq əmək və əhalinin sosial müdafiəsi nazirləri indi haradadır? – ARAŞDIRMA

Tarix: 17-03-2023 14:45     Baxış: 4291 A- / A+

Hazırda Azərbaycanda  sosial sahədə əsas icra hakimiyyəti orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Bu nazirlik Azərbaycan Respublikası Prezidentinin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək yaradılıb.
Hal-hazırda əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev rəhbərlik edir. O, 21 aprel 2018-ci ildən bu vəzifəni icra edir.
Bəs, əvvəlki əmək və əhalinin sosial müdafiəsi nazirləri indi haradadır?
Manevr.az xəbər verir ki, Bizim.Media bu suala cavab axtarıb.
Akif Kərimov
Akif Kərimov Prezidentin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. O, nazir təyin olunmamışdan əvvəl Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsini icra edib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə hər hansı məlumat yoxdur.
Fəzail Ağamalı
Akif Kərimovun istefasından sonra nazir səlahiyyətlərini uzun müddət nazirin I müavini icra edib. 1994-1995-ci illərdə bu vəzifə Fəzail Ağamalı tərəfindən icra olunub. Fəzail Ağamalı sonrakı illərdə Milli Məclisin deputatı kimi fəaliyyətini davam etdirib. Hazırda da parlamentin millət vəkili, eyni zamanda Ana Vətən Partiyasının sədridir.
Əli Nağıyev
5 noyabr 1996 – 7 fevral 2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev olub. Vəzifədən azad edildikdən sonra Əli Nağıyev Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib. 5 il sonra, 20 aprel 2011-ci ildə isə o, Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilib. Ötən ilin aprelində
Bizim.Media-ya müsahibə verən sabiq nazir zamanını təsərrüfat işləri və mütaliə etməklə keçirdiyini bildirib.
Füzuli Ələkbərov
7 fevral 2006-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Füzuli Ələkbərov 2013-cü ilin 22 oktyabrınadək bu vəzifədə qalıb. Nazir vəzifəsindən azad edildikdən sonra o, biznes fəaliyyəti ilə məşğul olub. Sabiq nazir, son olaraq, ötən ilin martında ona məxsus olan 5 şirkətin ləğv olunması ilə bağlı xəbərlərin yayılması ilə gündəmə gəlib.
Səlim Müslümov
22 oktyabr 2013 – 21 aprel 2018-ci illərdə müvafiq nazirliyə Səlim Müslümov rəhbərlik edib. 2021-ci il fevralın 3-də sabiq nazir korrupsiya ittihamı ilə saxlanılıb və barəsində araşdırmalara başlanılıb.
Məhkəmənin gedişində S.Müslümovun həbs müddəti bir neçə dəfə uzadılıb. 2022-ci ilin 26 mayında isə o, ev dustaqlığına buraxılıb. Ötən ilin avqustunda bir sıra əmlaklarına həbs qoyulan sabiq nazirin məhkəmə işi hələ də davam edir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar