Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan İran rejiminə:"Çox az qalıb, öz nifrətinizdə özünüz boğulacaqsınız!"

Tarix: 03-02-2023 20:50     Baxış: 3178 A- / A+

Müşfiq Məmmədli,
Milli Məclisin deputatı


“Bu gün İran mollalarının Güney Azərbaycandakı soydaşlarımıza yaşatdığı əziyyət ermənilərin Xocalıda törətdikləri faciədən nə ilə fərqlənir?” sualına ancaq bir cavab var: Heç nə ilə! Eyni şərəfsizlik, eyni alçaqlıq, eyni allahsızlıq! 
Kürkünə birə düşən İran mollaları, nə vaxtadək “Allah”, “İslam”, “Din” pərdəsi altında şərəfsizcə insanlara zülm edə biləcəyinizi, terror dəstələri yaradaraq alçaqlıq edəcəyinizi zənn edirdiz? Azərbaycan səfirliyinə düzənlədiyiniz terrorla bizi qorxutmağa çalışdınız, amma Azərbaycan oğullarının yalın əllə belə bütün şərəfsizlərin öhdəsindən gəldiyini unutdunuzmu? 20 yanvarda tank qarşısına silahsız çıxaraq Azadlığını qanla alan oğulları var bu millətin, Şuşanın yalın qayalarına dırmanaraq düşmənə qan udduran igidləri var!  Sizlər, molla cübbəsi altında gizlənən qorxaqlar, iki yüz ildir işğal altında saxlamağa çalışdığınız Azərbaycan türklərinin zaman-zaman azadlıq üsyanını yatıraraq, onların ürəklərində olan Azadlıq sevdasını öldürdüyünüzümü sandınız? Bu mümkünmü sizcə? Nə qədər çabalasanız da, yenə də Bəzz qalasında Babəkin, Azərbaycanın qədim şəhəri Təbrizdə Şah İsmayıl Xətainin ruhu dolaşır, hər şəhərdə, hər küçədə, hər evdə Şəhriyarın “Heydərbaya salam”ı eşidilir! Bakının ürəyi Təbrizlə döyünür bu gün! Az qalıb, çox az qalıb, öz nifrətinizdə özünüz boğulacaqsınız!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar