Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Viktor Orbanın prezidentimiz barədə fikirlərini dünyaya mesaj kimi qəbul etmək lazımdır" - Deputat

Tarix: 03-02-2023 19:52     Baxış: 3221 A- / A+

"Azərbaycan Avropa əlaqələri istər siyasi istərsə də iqtisadi baxımdan hər gün öz inkişaf mərhələsini yaşayır. Əbəs yerə deyil ki, dövlətimiz etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Təbii ki, bunun da öz əsaslı səbəbləri vardır. Belə ki, ölkə rəhbərinin timsalında Azərbaycan veridiyi sözə sahib olan ölkə kimi tanınır". 
Manevr.az xəbər verir ki, bu fikirləri ölkə rəhbərinin Macarıstana səfəri barədə danışarkən Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, son iki ildə Avropanın enerji təchizatını həyata keçirməklə yanaşı ölkəmiz bütün sahələrdə mədəniyyət, turizm, kənd təsərrüfatı, təhsil kimi vacib istiqamətlərdə önəmli əməkdaşlığa imza atmışdır. Azərbaycan Macarıstan əlaqələri də məhz bu qəbildəndir. 
"İki ölkəni birləşdirən dəyərlər tarixi kökə bağlı olması ilə yanaşı həm də qarşılıqlı inam və etibardan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən ölkəyə səfəri və qarşılıqlı əməkdaşlıqla bağlı əldə olunan razılaşmalar gələcək inkişaf və perspektivlər üçün böyük mesajdır. Xüsusi ilə Macarıstanın Baş naziri Viktor Orbanın cənab İlham Əliyev barədə söylədiyi fikirləri xoşagələn söz kimi yox, dünyaya mesaj kimi qəbul etmək lazımdır",- deyə siyasətçi vurğulayıb.
M.Məmmədli həmçinin qeyd edib ki, dünyanın çətin dövründə, çətin həmsərhəd ölkələrin əhatəsində dövlət idarə etməyin nə qədər ağır və məsuliyyətli olmasını baş nazirin vurğulaması reallıq kimi qəbul edilməlidir. Verilən bu qiymət həm dövlətimiz adına, həm millətimiz adına həqiqətən də qürurvericidir!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar