Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putin bu tarixdə Kiyevə hücum əmri verəcək - Bu dəfə Belarusun şimal hissəsindən də...

Tarix: 02-02-2023 16:24     Baxış: 3203 A- / A+



"Rusiya prezidenti Vladimir Putin öz xalqına sübut etmək istəyir ki, o, heç vaxt təslim olmayan uzunmüddətli oyunçudur və buna görə də yenidən Kiyevə hücum edəcək"
Manevr.az xəbər verir ki, bu sözləri Polşanın baş naziri Mateuş Almaniyanın " Bild" nəşrinə müsahibəsi zamanı deyib.
"Düşünürəm ki, Putinin və onun Rusiya ordusunun yeni baş komandanı Valeri Gerasimov kimi adamların planı Ukraynanı mühasirəyə almaqdır. Və bütün bu planları hazırlayaraq, yəqin ki, iki və ya üç tərəfdən hücuma keçməli olduğunu düşünür. Ona görə də hesab edirəm ki, ukraynalılar Ukraynanın Belarusun şimal hissəsindən hücumları istisna edə bilməzlər, Kiyev qərbdən mühasirəyə alınacaq”, - Polşa hökumətinin başçısı bildirib.
O əlavə edib ki, hazırda qış kifayət qədər mülayim keçir, bu isə o deməkdir ki, torpaq ağır tanklar və artilleriya üçün uyğun deyil.
“Ona görə də Putin yəqin ki, bütün çirkab, bataqlıqlar quruyana və hücum üçün zəmin yaranana qədər gözləyəcək. Ukraynadan əldə etdiyim bütün məlumatlara əsasən, bilirəm ki, Rusiyanın daha bir hücumu olacaq, yəqin ki, mart və ya aprel aylarında. Bu, çox ağır hücum olacaq”, - Moravietski deyib.
O qeyd edib ki, Kreml rəhbəri çoxlu yeni əsgərləri, təxminən 200-250 min nəfəri səfərbər edib: "Unutmamalıyıq ki, Rusiyanın resursları həqiqətən böyükdür, cibləri isə dərindir. Onların çoxlu sursatları, silahları və adamları var".publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar