Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran qorxdu: Rəisidən nə gözlənirdi, nə dedi... - Tarasov

Tarix: 02-02-2023 15:10     Baxış: 3210 A- / A+


 
İran Prezidenti İbrahim Rəisi xalqa müraciət etdi. Bu çıxış İsfahana edilən hücum fonunda təkcə ölkədə deyil, dünyada da maraqla gözlənilirdi. Hesab olunurdu ki, Rəisi hadisəyə müəyyən qədər aydınlıq gətirəcək. Çünki Qərb nəşrləri bu mövzu ətrafında çoxlu fərziyyə və versiyalar irəli sürürlər. Hücumun təşkilatçıları arasında ABŞ, İsrail və hətta İranla qonşu olan bəzi ölkələrin, xüsusən də Azərbaycanın adı çəkilirdi. Eyni zamanda, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın sözügedən hücumu Tehranın Kremlə yardım göstərilməsi ilə əlaqələndirməsinə kəskin cavab gözlənilirdi. Amma heç bir gözlənti özünü doğrultmadı.
Manevr.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.
“Rəisinin çıxışı İran mediasında “fövqəladə” hal kimi anons edildi. Sonra isə informasiyanın istiqaməti dəyişdi. Çıxışın sadəcə prezidentin xalqa səkkizinci açıq müraciəti və İslam İnqilabının ildönümünə təsadüf etdiyi vurğulandı. Artıq aydın oldu ki, Tehran fasilə vermək qərarına gəlib. Rəisi çıxışında “kəskin dönüşlərdən” yan keçərək ölkədəki siyasi vəziyyəti və onun xarici siyasətinin bəzi aspektlərini dəyərləndirməyə diqqət yetirdi. O, ərzaq qiymətləri, biznesin vəziyyəti, de-dollarizasiya siyasətindən bəhs etdi. Xarici siyasətə gəlincə, Rəisi iqtisadi mənada İranın hazırda əsas diqqətini Asiyaya yönəltdiyini bəyan etdi. Rusiya ilə münasibətlərdən danışdı. Sonra o, ötən ilin sonunda olduğu kimi, birbaşa ABŞ və digər Qərb ölkələrini “şayiə və dezinformasiya yaymaqla” İranda hökumət əleyhinə etirazları qızışdırmaqda ittiham etmədi. Diqqət etsək, Rəisi Qərbin adını çəkmədi”, - o bildirib.
Nəticələrə gəlincə isə Tarasov qeyd edib ki, Rəisinin xalqa müraciətinin mətni diqqətlə hazırlanaraq bir neçə dəfə redaktə olunub:
“Tehran vəziyyəti gərginləşdirməkdən açıq şəkildə çəkinir və bir çox proqnozların əksinə olaraq, olduqca ehtiyatlı davranır. Belə siyasətin səbəbləri ciddi təhlil tələb edir. Bəlkə də bu, ABŞ və İranın zaman-zaman əl atdıqları pərdəarxası diplomatiya ilə bağlı ola bilər. İsfahana hücum ərəfəsində ABŞ-ın Qətər vasitəsilə İrana nüvə sazişinin - Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üçün vasitəçilərsiz danışıqların başlamasına çağıran mesaj göndərdiyi barədə məlumatlar yayılıb. Buna cavab olaraq Tehran təklif edib ki, Vaşinqton əvvəlcə İranın şərtlərini yerinə yetirsin: bütün itkiləri kompensasiya etsin və sanksiyaları qaldırsın. Əslində, Qərb və İran nəşrlərinin bu istiqamətdə yaydıqları “sızmalar” danışıqlar prosesini pozmaqda müəyyən xarici qüvvələrin maraqlı olması ehtimalını deməyə əsas verir. Maraqlıdır ki, ABŞ ümumiyyətlə İsfahana edilən hücumda iştirakını rədd edir, İran isə Vaşinqtonun adını çəkiməkdən yayınır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar