Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda maşını vurub qaçan “Prius” sürücüsü ələ keçdi

Tarix: 27-01-2023 21:52     Baxış: 3190 A- / A+

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yanvarın 23-də Abbas Səhhət küçəsində nəqliyyat vasitəsinə maddi ziyan vuran “Toyota Prius” markalı 99-PG-933 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nəsimi rayon DYPŞ əməkdaşları tərəfindən müəyyən olunub:

“Sözügedən “Toyota Prius” markalı avtomobilin sürücüsü Sadıqov Nicat Arif oğlu hadisəni törədən zamanı nəqliyyat vasitəsini narkotik vasitənin, psixotrop və güclü təsir göstərən maddələrin, eləcə də sərxoş halda idarə edib. Sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı 99-XR-434 dövlət nömrə nişanlı avtomobilə 4 dəfə vuraraq hadisə yerindən yayınıb. Aparılan araşdırma zamanı şəxsin kimliyi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 333.3, 332.1 və 327.6-cı maddələrinə əsasən tərtib edilən protokol toplanan sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Onu da qeyd edim ki, sürücü Sadıqov Nicat Arif oğlunun sürücükük vəsiqəsinin 15 cərimə balı olduğu da aşkar edilib”.

“Nəsimi Rayon Məhkəməsi tərəfindən İXM-nin 333.3-cü bəndi əsas götürərək Sadıqov Nicat Arif oğlu barəsində nəqliyyat vasitəsini iki il müddətinə idarəetmək hüququnun məhdudlaşdırılması və 15 gün müddətinə inzibati qaydada həbs edilməsini tələb edilib”, - deyə A.Əsgərli qeyd edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar