Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-dan Türkiyəyə ŞOK TƏLƏB: Təsdiq edin, F-35-ləri alın!

Tarix: 27-01-2023 10:48     Baxış: 4240 A- / A+

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən “Rusiyanın təcavüzü ilə mübarizə: Ukrayna və onun hüdudlarından kənar” adlı sessiyada F-16-ların Türkiyəyə mümkün satışı və Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazlarını gündəmə gətirib.
Manevr.az xəbər verir ki, Nulandın senatorların suallarını cavablandırdığı iclasda demokrat senator Jeanne Şahin Türkiyənin iki şimal Avropa ölkəsinin NATO üzvlüyünə razılıq vermədiyi təqdirdə F-16-ların satışına qarşı çıxacağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu vəziyyətdən öz daxili maraqları üçün istifadə etdiyini deyən Şahin, bu durumun NATO-nun maraqlarına zidd olduğunu bildirib.
Bu şərhlə bağlı danışan Nuland , “Biz türk müttəfiqlərimizə də onlara lazım olduğunu düşündüyümüz təhlükəsizlik dəstəyini vermək üçün Konqresin dəstəyinə ehtiyacımız olduğunu bildirdik”, - deyə qeyd edib. Nuland əlavə edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsi F-16-ların Türkiyəyə satışının ABŞ Konqresində daha isti qarşılanmasını təmin edəcək.
Digər tərəfdən, Nulandın “Türkiyəyə mesaj” olaraq xarakterizə edilən açıqlamaları ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində gündəmə gəlib. Konqresdə F-16 satışına qarşı etirazlar davam edərkən, Nulandın sözlərinin Ankara tərəfindən “dostluq təklifi” olaraq necə şərh ediləcəyi ilə bağlı sualı cavablandıran sözçünün müavini Vedant Patel, bugünkü iclası izləmədiyini, ancaq ümumi olaraq idarəçilərin, prezident Co Baydenin və nazirliyin F-16-lar məsələsində çox dəqiq və tutarlı olduqlarını söyləyib.
“Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və alyans sistemi daxilində təhlükəsizlik əməliyyatlarını dəstəkləməyə davam edəcəyimizi açıq şəkildə bildirdik. Bu iki məsələ, yəni F-16-lar və İsveçlə Finlandiyanın NATO-ya qəbulu ayrı olaraq qalır. Hansısa qarşılıqlıq gündəmdə deyil”, - Patel əlavə edib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar