Sizin Reklam Burada
Xəbər lenti
03-02-2023
02-02-2023
BÜTÜN XƏBƏRLƏR

20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - YENİ QƏRAR

Tarix: 24-01-2023 21:47     Baxış: 479 A- / A+
20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - YENİ QƏRARİki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılacaq.

Bu barədə vəkil Samir Zeynalov məlumat yayıb. O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətinə cavab olaraq xəbər təsdiq edilib: "Hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir".

Qeyd edək ki, Səmayə Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib. qafqazinfo

Manevr.az 

20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - YENİ QƏRAR20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - YENİ QƏRAR








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar