Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Alimpaşa Məmmədovdan ETİRAF: "Əhalinin siyahıya alınmasına görə 40 min manat mənimsəmişəm"

Tarix: 24-01-2023 13:58     Baxış: 3238 A- / A+


Alimpaşa Məmmədovdan ETİRAF:  "Əhalinin siyahıya alınmasına görə  40 min manat   mənimsəmişəm"
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Manevr.az xəbər verir ki, bü gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 16 nəfər şahid - icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri və s. dindirilib.
Bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək qısa danışmaqla kifayətləniblər.
İş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıya alınma zamanı toplanan pulu Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova veriblər. Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsilə Alimpaşa Məmmədova çatdırıb.
Alimpaşa Məmmədov özü də siyahıya alınma zamanı toplanmış pulların ona çatdığını deyib: “Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.
Bağça müəllimi işləyən şahidlər də prosesdə eyni epizod üzrə ifadə veriblər.
Proses yanvarın 31 də davam etdiriləcək.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.apa

Manevr.az

Alimpaşa Məmmədovdan ETİRAF:  "Əhalinin siyahıya alınmasına görə  40 min manat   mənimsəmişəm"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar