Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Döşlərini böyütdü, biri PARTLADI

Tarix: 24-01-2023 08:04     Baxış: 3221 A- / A+
London şəhərinin 48 yaşlı sakini Kelli Yanq döş böyütmə əməliyyatı keçirsə də, implantlarından biri partlayıb.

Bu barədə “The Sun” məlumat yayıb.

Yanq 2018-ci ildə döş böyütmə əməliyyatı keçirib. Ancaq bir neçə il sonra implantlardan biri partlayıb və o, Türkiyəyə gedib onu yenisi ilə əvəzləməyə və döşünü düzəltməyə qərar verib. “İllərdir bunu gözləyirəm. Əməliyyat olunmaq istədim, getməyə qərar verdim. İmplantsız qalmaq istəməzdim”,  - qadın deyib.

Qadın evə qayıdanda görüb ki, sağ döşündəki tikişlər ayrılıb. Yanq xəstəxanaya gedib, orada həkim infeksiya olduğunu söyləyib və antibiotik kursu təyin edib.

Ancaq qadının vəziyyəti pisləşib: yara daha da böyüyüb. “Bu, böyük bir çuxur idi. Mən ona baxmaq istəmirdim, heç nə bilmək istəmirdim”, - qadın vurğulayıb.
Əks göstərişlərə baxmayaraq, qadın yaranı tikmək və implantı ilkin yerinə qaytarmaq üçün Türkiyəyə uçmaq qərarına gəlib.

Əməliyyatın ertəsi gün yaradan güclü qan axmağa başlayıb. “Cərrah bunun normal olduğunu və daha bir neçə gün belə olacağını söylədi, ona görə də evə uçdum. Ancaq yara başqa bir sahədə açıldı”, - Yanq deyib.

Cərrahlar infeksiyanın yayılması səbəbindən hər iki implantı çıxarmalı olublar.

Qadın implantların çıxarılmasından sonra özünə inamını itirdiyini iddia edir. “Döşlərimdən çox narazıyam, özümü yenidən 12 yaşlı kimi hiss edirəm. Sevgilimin üzümə baxmasına imkan vermirəm, hamı məni iri sinəli tanıyır”, - qadın şikayətlənib. İndi Yanq başqa cərrah axtarır və buna inanır ki, növbəti əməliyyatdan sonra problemlə üzləşməyəcək. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar