Xəbər lenti
Beş qadını əxlaqsızlığa cəlb edən şəxs HƏBS OLUNDU

Məhkəmə onu Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İstintaq dövründə barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş T.Əliyeva məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, T.Əliyeva Sumqayıtda və paytaxt ərazisində tanış olduğu 5 qadını fahişəliyə cəlb edib və onların müxtəlif ünvanlarda kişilərlə görüşünü təşkil edərək maddi qazanc götürüb. Bir çox hallarda T.Əliyeva həmin qadınları öz avtomobili ilə hotellərə və digər ünvanlara aparıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində tanınan 5 qadın ondan şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, həbs edilən qadın daha əvvəl də bu əməllərə görə məhkəmə tərəfindən cəzalandırılıb və həmin vaxt 480 saat ictimai işlər cəzası alıb. yenicag.az
Manevr.az
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Rəfail Tağızadə
Zərintac Həsənova
Asif Nərimanlı
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar