Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Laçındakı gömrük postunda kim dayanacaq? – Gömrük, sərhəd xidməti və sülməramlılar...

Tarix: 06-12-2022 15:48     Baxış: 4240 A- / A+


Beynəlxalq təcrübəyə uyğun olaraq, sülhməramlılar təhlükəsizlik məsələriylə məşğul olmalıdırlar”.

Manevr.az xəbər verir ki. bu sözləri yenisabah.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Eks-nazir Laçın dəhlizi istiqamətində qurulması planlaşdırılan gömrük postlarından söz açıb.
T. Zülfüqarova görə, Qarabağda baş verən proseslər ondan ibarətdir ki, digər mövzular da öz həllini tapmalıdır, o cümlədən Azərbaycanın sərhəd haqqındakı qanunun tələbləri:
“Burada iqtisadi mühitin qorunması – hansı ki, bu, gömrük xidmətinə aiddir – fitosanitar məsələlərin icrası və həll olunması, bölgədəki işıq, qaz, su təchizatı məsələləri, bank sistemi və s. məsələlər mövcuddur. Biz görürük ki, ümumiyyətlə, sülhməramlılardan bu vəzifələrin icrasını gözləmək sadəlövhlük olar. Çünki dünyanın heç bir yerində bu məsələlər sülhməramlı kontingentlərin vəzifəsi deyil”.
Politoloqun fikrincə, sülhməramlılar gərək, öz vəzifələri ilə məşğul olsunlar:
“Məsələn, “Azərsu”nun hansısa xidməti orada öz işlərini görəndə onların təhlükəsizliyini təmin etməlidirlər. O cümlədən bu, gömrüyə də aiddir. İlkin mərhələdə gömrükdə hərbçilər olmamalıdır, əksinə, sülhməramlılar təhlükəsizliyə nəzarət etməlidir. Bu, beynəlxalq təcrübədir. Lakin bəzən cəmiyyətimizdə müxtəlif fikirlər səslənir”.
Analitik hesab edir ki, biz bu məsələdə beynəlxalq təcrübədən istifadə etməliyik:
“Çünki Azərbaycanın suverenliyi bu ərazi üzərində hər kəs tərəfindən tanınıb və dəfələrlə bunun barəsində bəyanatlar verilib. Suverenliyin icrası və təmin olunması isə bir prosesdir və bu prosesdə müxtəlif strukturlar dediyim kimi, iştirak etməlidirlər. Məsələ də bu yöndə həll olunmalıdır”.
Sabiq XİN rəhbərinin fikrincə, əgər söhbət gömrük prosesindən gedirsə, orada mütləq və mütləq sərhədçilər olmalı və onlar qanunlar çərçivəsində öz fəaliyyətini göstərməlidirlər:
“Bilirsiniz ki, gömrüyün yoxlama prosesləri, sənədlər var. Burada təzə bir şey icad etməyə ehtiyac yoxdur. Qısası, gömrük xidməti, sərhəd xidməti, kommunal xidmətlər bölgədə aparılmalıdır. Lakin təhlükəsizliyi təmin etmələri üçün yanlarında sülhməramlılar olmalıdır.
Baxın, gömrük sistemi Azərbaycanın dövlət qurumudur və onun fəaliyyətində qanun var. Bu xidmət ya aparılır, ya da yox. Yoxsa kimsə durub ağlına gələni desin ki, “gömrük yoxlanışını sülhməramlılar edəcək” və s. Biz ona diqqət yetirməliyik? Bizim gömrük və sərhəd xidmətləri haqqında xüsusi qanunlarımız var”.
“Biz bir şeyi anlamalıyıq ki, sülhməramlı əməliyyatları qəbul edən ölkənin suverenliyi həmin kontingentlər tərəfindən onun əlindən alınmır. Sadəcə olaraq, bir növ beynəlxalq müdaxilə var: bu, sülhə məcburetmə əməliyyatlarıdır ki, BMT-nin xüsusi qətnaməsində bu barədə var. O vaxtı, əlbəttə ki, suveren hüquqlar alınır. Lakin bizdə sülhməramlılar dəvətimizlə gəlib və bizə hansısa məsələdə kömək etməlidirlər. 10 noyabr sənədində isə göstərilir ki, onlar təhlükəsizliyi təmin etməlidirlər. Təhlükəsizlik məfhumu bəllidir, lakin gömrük fəaliyyəti tamamilə fərqlidir. Yaxud sərhəd qaydalarının təmin olunması, kommunal xidmətlərin bölgədəki fəaliyyəti – bunlar hamısı fərqli fəaliyyətlərdir”, – fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar